Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarix möcüzələrlə doludur

5/5

  • Möcüzələrin əksəriyyəti təsadüf nəticəsində baş verir. Ancaq elə möcüzələr də vardır ki, o, insan iradəsinin məhsuludur. Əlbəttə, burada iradədən başqa insan zəkasının, insan müdrikliyinin də böyük rolu vardır. Belə möcüzələrdən biri 2020 - ci ilin sentyabr, oktyabr və noyabr aylarını özündə birləşdirən Vətən müharibəsi idi. Heç kəsin ağlına gəlməzdi ki, 30 il ərzində işğal altında qalan Azərbaycan əraziləri cəmi 44 günlük qısa bir zamanda işğaldan azad ediləcəkdir. Doğrudan da bu 21 - ci əsrdə baş vermiş ən real möcüzə idi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Məlumdur ki, 2020 - ci il sentyabr ayının 27 - də mənfur ermənilərin növbəti təxribatı zamanı Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin "Vur" əmri ilə əks hucuma keçdi. Qısa zamanda bir - birinin ardınca Füzuli və Cəbrayılın bir çox kəndləri düşmən tapdağından azad olundu. Düşmən əsas müdafiə sədlərini Füzuli istiqamətində qurduğundan fikirləşirdi ki, Azərbaycan ordusunun əsas hücum həmlələrini həmin istiqamətdə dəf edəcəyinə ümid edirdi. Lakin Azərbaycan ordusu olduqca ağıllı döyüş taktikası ilə Füzuliyə hücumla paralel olaraq Araz çayının sahili ilə hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Məhz bu hücumların nəticəsində oktyabr ayının 4 - də, müharibənin 9 - cu günü, Cəbrayıl şəhəri işğaldan azad edildi. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi olduqca əlamətdar bir gün kimi Azərbaycan tarixinə düşdü. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ona görə əlamətdar idi ki, bu Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsindən kənar, ermənilər tərəfindən işğal edilmiş 7 rayondan biri idi. Cəbrayılın işğaldan azad edilməsi işğal altındakı bütün Azərbaycan ərazilərinin azad olunacağının müjdəçisi idi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Cəbrayıl rayonu Azərbaycanın gözəl təbiətə malik dilbər guşələrindən biri idi. Təəssüflər olsun ki, erməni faşistləri bu gözəl bölgənin bütün yaşayış məntəqələrini darmadağın etmişlər. Bu rayon 97 kənd, 4 qəsəbə və bir şəhərdən ibarət olmuşdur. İşğaldan əvvəl rayon əhalisi 58 min nəfərdən ibarət olmuşdur. İşğaldan sonra rayon əhalisi Azərbaycanın 52 rayonunda dəmiryol vaqonlarında, yarımçıq binalarda, çadır şəhərciklərində, fermalarda və sair yerlərdə məskunlaşmaq zorunda qalmış, qeyri - insani şəraitdə olmazın əzab - əziyyətlərə məruz qalmışdır. Düşmən 30 il ərzində Cəbrayılda yerləşən məscidləri, müqəddəs ziyarətgahları da dağıtmaqdan çəkinməmişdir.​ ​ ​ ​ ​ ​ ​ 
    Sevindirici haldır ki, indi işğaldan azad edilmiş Cəbrayıl, geniş inşaat meydançasını xatırladır. Artıq Cəbrayıl rahat nəfəs alır, öz doğmalarını qoynuna almağa hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin istər Vətən müharibəsi dövrdə, istərsə də postmüharibə dövründə ortaya qoyduğu siyasi iradə qarşıya qoyulmuş hədəflərə çatmağı yaxınlaşdırmaqdadır. Tezliklə Böyük Qayıdışdan Cəbrayıl sakinləri, o cümlədən işğaldan azad olunmuş digər rayonların sakinləri də bəhrələnəcəklər. Həmin yerlərdə həyat yenidən canlanacaq, hər şey öz axarına düşəcəkdir.​
    Ələddin Əhmədov​,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib59 dəfə
    tarix möcüzələrlə doludur

    Maraqlı gələ bilər
    44
    40